|  Delta Telecom   |  İnsan resursları   |  İT Şəbəkə üzrə personal

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

İT Şəbəkə üzrə personal


İT Şəbəkə üzrə personalımız serverlərdə əməliyat sisteminin konfiqurasiyası və proqram təminatının işlək vəziyyətdə saxlamasını təmin edir. Serverlərin və iş sahəsində proqram təminatının yüklənməsinə nəzarət, fayl-serverlərində, verilənlər bazasının idarəetmə sistem serverlərində və iş sahələrində proqram təminatının inteqrasiyasını təmin edirlər.

İnformasiya resurslarının planlaşdırmasını və şəbəkə resurslardan istifadənin nəzarətini, telekommunikasiya kanalları ilə lokal şəbəkənin xarici müəssisələrlə informasiya mübadiləsini təmin edir. İstifadəçilərin lokal (İntranet) və qlobal (İnternet) şəbəkələrinə çıxmağa icazə verirlər.

Sistem təhlükəsizliyini təmin etmək, şəbəkələrarası qarşılıqlı əlaqənin təhlükəsizliyini qorumaq, verilənlər bazasının vaxtında surətini və ehtiyatda saxlanmasını həyata keçirmək, müntəzəm olaraq sistemdə kompüter viruslarının mövcudluğunu yoxlamaq, avadanlığa texniki xidmət göstərmək, kompüter şəbəkəsinin monitoringini həyata keçirmək və şəbəkə infrastrukturun inkişafı üçün təkliflərini hazırlamaq kimi işlər də məhz bu personalımızın öhdəsinə düşür.