|   Xəbərlər

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Telefonu enerji ilə dolduran və oğrunun şəklini çəkən “ağıllı” pul kisəsi təqdim olunub

ABŞ-ın “Volterman” startapı “Indiegogo” platformasında sahibinin smartfonunu enerji ilə dolduran, öz yerini izləyən və oğurluq zamanı oğrunun şəklini çəkən "ağıllı" pul kisəsinin istehsalına vəsait toplanılması üzrə kampaniya başladıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Volterman” pul kisəsi daxili batareya, kamera, “GPS”, “Bluetooth”, “Wi-Fi” modulları, həmçinin pul kisəsinin daxilində yerləşən bank kartlarını hakerlərin məsafədən hücumlarından qoruyan RFID qoruma ilə təchiz edilib. Bundan başqa, “ağıllı” pul kisəsi öz prosessoruna malikdir, 512 MB əməli yaddaş, 32 QB daxili yaddaşla təchiz edilib və suya qarşı davamlıdır.

Mobil proqram “Bluetooth” vasitəsilə pul kisəsini smartfona qoşmağa imkan verir, hər hansı problem olduqda (məsələn, məsafə) bu barədə xəbərdarlıq edilir. Pul kisəsinin oğurlanması zamanı “GPS” modulunun köməyi ilə onun yerini izləmək mümkün olacaq, pul kisəsini açarkən oğrunun çəkilmiş şəkli smartfona göndəriləcək. Bundan başqa, pul kisəsi, həmçinin “Wi-Fi” giriş nöqtəsi rolunu yerinə yetirmək qabiliyyətinə malikdir ki, bu da səyahətlər zamanı internet xərclərini azaltmağa imkan verəcək.

2017-07-07 ||ictnews.az