|   Xəbərlər

Pilotsuz təyyarələr anbarlarda məhsul ehtiyatlarını izləyəcək

Pilotsuz uçan aparatlar daha bir işdə insanları əvəz edəcək və milyardlarla dollara qənaət etməyə imkan verəcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, müasir paylayıcı anbarlarda ehtiyatların izlənilməsi, hətta uğur qazanmış müəssisələr üçün böyük problemdir. Anbarlarda itirilmiş məhsul riteylerlər üçün böyük pul deməkdir, buna görə ehtiyatların izlənilməsini sadələşdirən texnologiyalar çox gərəkli ola bilər. Massaçusets Texnologiya İnstitutu (MTİ) tərəfindən hazırlanmış yeni sistem avadanlığın monitorinqi üçün RFID-dən istifadə edən pilotsuz təyyarələrin köməyindən istifadəni nəzərdə tutur.

RFID – radiosiqnallardan istifadə etməklə məsafədən obyektləri avtomatik müəyyənləşdirməyə imkan verən texnologiyadır.

Massaçusets Texnologiya İnstitutunun alimləri öz yeni sistemini sınaqdan keçiriblər. Sınaqlar zamanı yeni həll 19 sm-lik RFID nişana malik əşyanı dəqiqliklə tapıb.

2017-08-28 ||ictnews.az