SORĞU
“Delta Telecom” gələn il Azərbaycanda mobile-WIMAX xidmətlərini təqdim edəcək
Bu barədə “Delta Telecom” şirkətinin texniki direktoru Rahid Ələkbərli jurnalistlərə açıqlamasında bildirib ki, “Delta Telecom”un WIMAX şəbəkəsi 802.16i standartı üzərində qurulur.
R.Ələkbərlinin sözlərinə görə, dünya üzrə bütün istehsalçılar bir neçə perspektiv inkişaf istiqamətinə bölünürlər. Bunlardan biri 802.16i standartı üzərində qurulmuş inkişaf istiqamətidir ki, artıq şirkət tərəfindən mobile-WIMAX xidmətlərinin əsası kimi tətbiq edilib və 10 Mbit/s internet xidmətləri təqdim edir.
WIMAX texnologiyasının 802.16i standartının evolyusiyasının növbəti mərhələsi 802.16m standartıdır. Bu standartın imkanları artıq LTE texnologiyasını da üstələyir və LTE-100 mbit/s tutumda internet təqdim etmək iqtidarındadırsa, 802.16m standartı 300 Mbit/s internet sürət təklif edir. Bu standartın artıq ilkin testləri keçirilib və istehsalçılar arasında əsasən “Samsung” şirkəti irəli gedir. 802.16m standartı HD (yüksək sürətli televiziya) xidmətlərinin birbaşa mobil telefonda və ya ev kompüterində yayımını təmin edir.
2009-12-03 ||apa.az

