SORĞU
Azərbaycanda yeni AzeriTube istifadəçi videokontenti milli xidməti istifadəyə verilib
Kompaniya xidmətin AzNet şəbəkəsinin auditoriyası tərəfindən aktiv istifadə olunacağını və milli AzeriTube-un buraxılması Azərbaycanı istifadəçi videokontenti dünya bazarının fəal iştirakçısı olacağını gözləyir.
Bu günlük pоrtаldа mümkün olan kontentin həcmi o qədər də böyük deyil və hələlik xidmət test rejimində fəaliyyət göstərir. Tərtibatçı bildirir ki, proyektdə kontentin yerləşdirilməsi zamanı əsas diqqət müəllif hüquqlarının nəzarətinə yönəldiləcək. «AzeriTube istifadəçinin paylaşdığı contentə görə heç bir məsuliyyət daşımır və mövcud şərtlərə müvafiq olaraq bütün məsuliyyətlər istifadəçinin öz üzərinə düşür.
Buna baxmayaraq, bu resursda kim tərəfindən və hansı tipdə kontentin yerləşdirilməsi sualı, əlbəttə ki, ölkənin qanunvericiliyi tərəfindən tənzimlənəcək, bu da "Delta Telecom Ltd" müəssisənin maraqları daxilindədir. Faktiki olaraq, bütün content mümkün olmazdan öncə nəzərdən keçiriləcək ", - R.Ələkbərli bildirib.
Həmçinin, Azərbaycan televiziya və radio kanalları AzeriTube vasitəsilə translasiya ediləcəkdir. Bu gün artıq online şəkildə (rejimdə) Lider və İTV telekanallarının verlişlərinə baxmaq olar. R. Ələkbərlinin sözlərinə görə, telekanalların sayı, regional televiziyalar daxil olmaqla, artacaq.
2010-06-15 ||hitechnews.az

