|  Layihələr  |  Bakutel 2010

Bakutel 2010


23-26 noyabr tarixlərində Bakı Sərgi Mərkəzində “BakuTel-2010” XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi keçirilmişdir.
XVI sərgidə dünyanın 15 ölkəsindən 115 şirkət iştirak edib. Bunlardan “Aztelecom” və “Bakı Teleradio” İstehsalat Birliyi, Azercell, Bakcell, Azərfon, Sloveniyanın “İskratel”, Çinin “Huawei”, Estoniyanın “Best Solutions”, “Azedunet”, “Türk Telecom”, Softline və digər şirkətlər iştirak edirdi.
Yerli şirkətlərin ekspozisiyası sərginin ümumi ərazisinin təxminən 40 faizini tutmuşdur. Sərginin daimi iştirakçılarının sayının 70 faizdən çox olması bu tədbirə marağın ilbəil artmasının göstəricisidir.
Dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktuallığı, həmçinin Azərbaycanda “Ekologiya ili” ilə əlaqədar olaraq builki sərgi “İKT və qlobal iqlim dəyişikliyi” devizi altında keçirilmişdir.

Sərgi çərçivəsində konfrans, forum, seminar və təqdimatlar keçirildi. Builki sərgini fərqləndirən mühüm cəhətlərdən biri təqdim olunan yeni məhsul və xidmətlərin sayı ilə bağlıdır. Bununla əlaqədar ən yeni xarici və yerli informasiya avadanlığı, texnologiya və həll variantları nümunələri ilə tanış olmağa imkan verən “İnnovasiyalar ərazisi” layihəsi həyata keçirildi. Sərgidə proqram təminatı, naviqasiya sistemləri, simsiz texnologiyalar, intellektual sistemlər, müasir texnika və avadanlıq, digər yüksək texnologiyalı məhsullar nümayiş etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur. Prezident İlham Əliyev Azərbaycanın rabitə və informasiya-kommunikasiya texnologiyaları bazarının daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Sərgisində “Delta Telekom” hər il olduğu kimi bu il də ölkəmizin telekommunikasiya sektorunda ən qabaqcıl texnoloji yeniliklərilə iştirak etdi.
“Delta Telekom” şirkəti Azərbaycanda çoxşaxəli fəaliyyəti ilə fərqlənən iqtisadi qurumlardandır. “Delta Telecom” Azərbaycanda regionun ən böyük DATA mərkəzini tikmişdir. Respublikamızın əksər saytlarının internet resurslarının bu DATA mərkəzinə köçürülməsi işini daha da sürətləndirir. Həmçinin, şirkət yeni internet kontent resurslarının yaradılması üzrə də konkret iş aparır.
“Delta Telekom” Azərbaycanın İKT sahəsində tranzit ölkəyə çevrilməsi üçün böyük əzmlə çalışır.