|  Layihələr  |  Bakutel 2011 “Telekommunikasiyalar və İnformasiya Texnologiyaları” sərgi və konfransı

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Bakutel 2011 “Telekommunikasiyalar və İnformasiya Texnologiyaları” sərgi və konfransı


17-ci Azərbaycan beynəlxalq “Telekommunikasiyalar və informasiya texnologiyaları” (“BakuTel-2011”) sərgi və konfransı artıq sona çatdı. Ən geniş miqyaslı, ən populyar və sərgilərin ziyarət edilməsi üzrə statistik göstəricilər baxımından ən kütləvi tədbirlərdən biri - “BakuTel” sərgisi 2011-ci ilin sərgi mövsümünü bağlayır.
“BakuTel” – İKT sahəsində baş verən ən parlaq və mühüm yenilikləri ictimaiyyətə nümayiş etdirən və daim maraqlı və dolğun keçən bir sərgidir. Bu, sözün əsl mənasında öz pəncərələrini gələcəyə açan və yaşadığımız dünyanın informasiya texnologiyalarının təsiri altında necə dəyişəcəyinə nəzər salmağa imkan verən bir hadisədir. Hər il müxtəlif ölkələrdən yüzlərlə şirkət bu tədbirə toplaşaraq təcrübə mübadiləsi aparmaq, aktual məsələləri müzakirə etmək, əlaqələr qurmaq və gələcək əməkdaşlığın əsasını qoymaq imkanına malik olur.
Daim təkmilləşən və inkişaf edən “BakuTel” sərgisi ildən-ilə daha böyük nüfuz qazanır və Azərbaycan Respublikasının cənab prezidenti İlham Əliyev sərgi iştirakçılarına ünvanladığı müraciətdə bu faktı qeyd etdi. Ənənəvi olaraq həm bu sahəyə, həm də regionun ən iri İKT sərgisinə maraq göstərən dövlət başçısı yerli və beynəlxalq səviyyəli aparıcı şirkətlərin stendlərinə baş çəkdi. Burada ona ölkənin aparıcı operatorları tərəfindən təklif olunan 3G və 4G xidmətləri haqqında ətraflı məlumat verildi və ölkə prezidenti Avropa və Asiyanı birləşdirən EPEG kabel marşrutunun da daxil olduğu bir sıra iri infrastruktur layihələri ilə tanış oldu.
Həmçinin, ölkə prezidentinə informasiya məzmunu üzrə dünya nəhəngləri tərəfindən regional serverlərin yerləşdirilməsi üçün seçilmiş iri DATA mərkəzinin Bakıdakı inşası barədə məlumat verildi və elektron təhsil xidmətləri, elektron imza, elektron bankçılıq və bir sıra digər məhsul və xidmətlər nümayiş etdirildi. Prezident sərgidə iştirak edən ölkələrin milli stendlərinə də baş çəkdi və burada ona bu ölkələrin Azərbaycanla əməkdaşlığına dair layihə və planlardan danışıldı.
Hazırkı sərgi miqyas baxımından ötən il keçirilmiş sərgidən iki dəfə böyük idi və bu da İKT sahəsinin inkişafını və ona olan tələbatı əyani şəkildə sübut edir. Hər iki sərgi pavilyonunda nəqliyyat, təhsil, bank işi, teleradio yayımı və həyatımızın digər, ən müxtəlif sahələrində istifadə üçün nəzərdə tutulmuş bir çox innovasiyalar nümayiş etdirildi.
Sərginin “Smart Zone” adlı xüsusi layihəsi isə mütəxəssislərin diqqətini cəlb etməyə bilməzdi. Burada gənc və perspektivli insanlara İKT sahəsində öz layihə və proqramlarını təqdim etmək və peşəkarların diqqətini cəlb etmək üçün unikal imkan yaradılmışdı.
“BakuTel” sərgisi gənclər arasında böyük populyarlığa malikdir. Yerli mobil operatorlar “Bakı Ekspo” mərkəzinin pavilyonlarında əsl bayram təşkil etmişdilər. Onlar tərəfindən improvizə edilmiş səhnələrdə gənc estrada ifaçılarının çıxışları, “Avroviziya-2011” müsabiqəsinin qalibləri ilə foto-sessiya, ən müxtəlif lotereya oyunları, habelə müsabiqə və viktorinalar təşkil olunmuşdu.
Beləliklə, tam əminliklə demək olar ki, “BakuTel-2011” sərgisi əhəmiyyətli işgüzar tədbir olmaqla yanaşı, Bakı sakinlərinin və şəhərin qonaqlarının həyatında parlaq bir hadisəyə çevrildi.