|  Delta Telecom  |  Biz kimik

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Biz kimik


Delta Telecom 2000-ci ildən telekommunikasiya və informasiya texnologiyaları bazarında müvəffəqiyyətlə fəaliyyət göstərən Qafqaz regionunda yeganə aparıcı operatordur.

Müasir Delta Telecom  korporativ sifarişçilər, dövlət strukturları, banklar, özəl müəssisələr, 78% Qafqaz İSP-ləri və Azərbaycanda olan bütün İSP-lər üçün kompleks şəkildə həllərin tətbiqi, həmçinin istənilən xidmətin keyfiyyətinin artırılması məqsədilə gün ərzində 24 saat  fəaliyyət göstərən quraşdırıcı və servis-qəza xidmətləri təşkil edir.

Delta Telecom EUTELSAT-ın Beynəlxalq Peyk Rabitə Operatorunun regionda rəsmi distribyutoru və bütün Qafqazda peyk kanallarının icarəsi, istifadəsi, peyklərdəki transponderlərin icarəsi istiqamətində EUTELSAT-ın səlahiyyətli nümayəndəsidir.

Müəssisəmizin əsas istiqaməti miqyasından asılı olmayaraq müəssisə və təşkilatlar üçün istənilən kompleksli telekommunikasiya layihələrin işlənilib hazırlanması və həyata keçirilməsidir.

Müəssisə Azərbaycan ərazisində layihələr üzrə işlərin aparılması üçün lazım olan dövlət lisenziyaları və sertifikatlarına yiyələnmişdir.

Müəssisəmizin əsas iş prinsipləri:

  • Təklif olunan xidmət haqqında təfərrüatlı məlumat vermək;
  • Qısa müddət ərzində avadanlığın çatdırılması;
  • Əməkdaşların yüksək ixtisası;
  • Kompleks şəkildə həllər;
  • Hər bir sifarişçiyə fərdi yanaşma;

Bizim müştərilərimiz Azərbaycan Beynəlxalq Bankı, Capital Bank, Respublika Bank, Vergilər Nazirliyi, “Azercot” şirkəti, Respublika Seysmik Mərkəzi, Dövlət Gömrük Komitəsi, XTMD, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd xidməti , Yol polisi, Fövqəladə Hallar Nazirliyi, Respublikanın bütün rayonlarının İcra orqanları və sairə təşkilat və müəssisələrdir.

Hazırda Delta Telecom magistral şəbəkədə məlumatların aktual ötürülmə sürəti Azərbaycan İnterneti seqmentinin real tələbatlarını dəfələrlə ötür. Delta Telecom şəbəkəsində məlumatların ötürülməsinin real sürəti 1 saniyədə 33 DVD daşıyıcısının tam tutumundakı informasiyaya bərabərdir.

Bunu qeyd etməliyik ki, ötürülən trafikdə 24 saat ərzində 10 saniyədən artıq dayanma imkansızdır. Delta Telecom regionlarda və dağlıq ərazilərdə yerləşən yüzlərlə kəndləri telefoniya, peyk və internet xidmətləri ilə təmin edir. Bu isə öz növbəsində dağlıq və ucqar ərazilərdə olmağa baxmayaraq, istənilən məlumatın əldə edilməsi deməkdir.

Regionda birinci WiMAX texnologiyası layinəsinin həyata keçirilməsi məhz Delta Telekom fəaliyyətinin nəticəsidir.
Bununla da Azərbaycanda ilk dəfə simsiz, genişzolaqlı, limitsiz internetdən istifadənin əsasını qoyulmuşdur.

2004-cü ildən bu günədək Delta Telecom internet xidməti qiymətlərində 361 dəfə endirimlər etmişdir. İstənilən səviyyədə alternativ əldəetmə bacarığımız, daha çox satış ilə minimal mənfəət əldəetmə siyasətimiz nəticəsində müəssisəmizin birinciliyi qorunub saxlanılır.