|  Həllər  |  Carrier Ethernet

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Carrier Ethernet


Carrier Ethernet şəbəkəsi internetin supermagistraldan ISP-lərə çatdırılmasını və korporativ müştəriləri yüksək sürətli internetlə təmin edilməsini həyata keçirir.

Delta Telecomun digər sahələrində olduğu kimi Carrier Ethernet şəbəkəsi də inkişafda olan sahələrdən biridir. Carrier Ethernet respublikanın ən böyük şəbəkəsi olmaqla yanaşı, paytaxt və bütün respublikanı əhatə edir.
Carrier Ethernet şəbəkəsi internet və korporativ müştərilərə xidmət göstərərək, korporativ müştərilərin bölgələr arasında informasiya mübadiləsini həyata keçirir.
Müasir dövrdə ofis və idarələrdə sənədləşmə əməliyyatları elektron üsul ilə həyata keçirilir. Şirkətlər və banklar arasında informasiyanın sürətli və təhlükəsiz daşınmasını məhz Carrier Ethernet reallaşdırır.

Carrier Ethernet şəbəkəsi proyekti Delta Telecomda 2008-ci ildən etibarən həyata keçirilməyə başlamışdır və hal-hazırda Respublikanın bütün regionunu əhatə etməkdədir.

Məqsədimiz müştərilərə təhlükəsiz, dayanıqlı xidmət etmək, şəbəkəmizi genişləndirərək regionda ən böyük şəbəkə yaradaraq müştərilərimizə daha keyfiyyətli, etibarlı xidmət göstərməkdir.

Carrier Ethernet şəbəkəmiz IP/MPLS texnologiyasını dəstəkləyən ən müasir texnoloji avadanlıqlarla təhciz olunmuşdur. IP/MPLS texnologiyasının məntiqi informasiyanın giriş – çıxış nöqtlərində şifrələmə əməliyyatlarını etməkdir ki, bu da informasiyanın daha etibarlı, təhlükəsiz bir şəkildə daşınmasını təmin edir.

Mərkəzi magistralımız 10 GB/s və 20 GB/s tutumuna malik kanallar vasitəsilə paytaxt və region şəbəkəsinə birləşdirilmişdir.
Hal-hazırda ehtiyyat kanallarımızla yanaşı, ümumi 100 GB/s yaxın tutuma malik kanallarımızdan da istifadə edirik. Əgər ehtiyac duyularsa, kanal tutumlarımızı artırmaq imkanımız vardır.

İP/MPLS şəbəkə xidmətlərindən istifadə edən müştərilərimiz dövlət orqanları, idarə və təşkilatlar, ISP-lər, şirkətlər, banklar və digər korporativ müştərilərdir.

IP/MPLS şəbəkəsində alternativ xətlərin olması şəbəkənin etibarlığını, keyfiyyətini daha da artırır. Təbii fəlakət və yaxud da hər hansı bir texniki nasazlıq olarsa, 10 GB/s-lik və 20 GB/s-lik Metro Ethernet şəbəkə üzərindən digər alternativ kanal üzərinə keçmə, kanalların dayanma hallarını minimuma endirir.

Carrirer Ethernet şəbəkəsi respublikanın müxtəlif yerlərində yerləşən müəssisə və idarələr arasında tam etibarlı, təhlükəsiz, şifrələnmiş və sürətli bir informasiya mübadiləsini həyata keçirir. IP/MPLS texnologiyasından istifadə zamanı müştərilərə 1 Mb/ps-dən başlayaraq 10 Gb/ps-lik portlar vermək mümkündür.

Müştəriləri problemlərinin həll olunması mütəxəssislər tərəfindən həyata keçirilir. 24 saat müştərilərə xidmət göstərilir və müştəriləri problemlərinin həll olunmasında yaxından köməklik göstərilir.

Mütəxəssislər tərəfindən idarə olunan IP/MPLS şəbəkəsi daima nəzarətdə saxlanılır və statistik məlumatlar hər an izlənilir.