|  Layihələr  |  DİRECWAY(TM) stansiyası

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

DİRECWAY(TM) stansiyası


DirecWay(TM) şəbəkəsinin mərkəzi peyk rabitə stansiyasının özülü qoyuldu.

Zaqafqaziyada ilk dəfə olaraq DirecWay şəbəkəsinin yaradılması Delta Telecom müəssəsinə nəsib oldu.

Bu sahəyə 5 000 000 $ dan artıq investisiya qoyan Delta Telecom müəssəsi hələ 2000-ci ildə bu şəbəkənin İSBN (TM) tipli mərkəzi stansiyasını qurmuşdu. Bu stansiya ölkədə dövlət və qeyri dövlət təşkilatlarının korporativ şəbəkəsinə xidmət göstərir.

Bu təşkilatlar sırasına Azərbaycan Respublikasının Dövlət Seysmoloji ölçmələr komitəsi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd xidmətinin passport nəzarət sistemi, Dövlət Gömrük komitəsi, Azərbaycan Beynəlxalq Bankı, MCT-Cotton və Azərcot pambıq təsərrüfatı müəssisələri və s. daxildir.

Yeni stansiya əvvəlki stansiyadan daha yüksək texnoloji göstəricilərə malikdir. Stansiyanın istismara verilməsi regionda (0.75m ,1.2m) istifadəçilərin yüksək sürətli internet şəbəkəsinə qoşulma, bir sıra televiziya kanallarını izləmək imkanını yaradacaq.

DW6000 DIRECWAY sistemi iqtisadi cəhətdən sərfəli və səmərəli peyk rabitə terminalıdır.

DW6040 ucqar bölgələrdə, müəssisələr və təşkilatlarda, ticarət mərkəzlərində ucuz, eyni zamanda etibarlı və keyfiyyətli telefon xidməti zəruri olan ərazilərdə mükəmməl və ideal bir rabitə vasitəsidir.