|  Həllər  |  DWDM

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

DWDM


DWDM şəbəkəsi Qafqaz regionunda ən böyük supermagistral şəbəkə infrastrukturudur və bütün regional mərkəz və beynəlxalq çıxışları əhatə edir.

DWDM avadanlığı əsasən şəhərlərarası və ölkələrarası rabitə ötürücü sistemləri kimi istifadə olunur.
Yüksək ötürücülük qabiliyyətinə malik və optik kanallarını artırmaq imkanları olan rəqəmsal kanallar üzərindən trafikin ötürülməsini təmin etmək üçün bölgələrarası, regional, və ya şəhər magistral nəqliyyat şəbəkəsinin qurulması və dalğaları multipleksasiya texnologiyası əsasında yüksəksürətli optik nəqliyyat şəbəkəsinin yaradılmasını DWDM şəbəkəsi həyata keçirir.

Delta Telecom şirkətinin 2010-cu ildə həyata keçirdiyi DWDM + 626 WSS layihəsindən sonra DWDM şəbəkəsi, bir neçə rayon istisna olmaqla, Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

Məqsədimiz mövcud müştərilərimiz üçün dayanıqlı rabitənin yaradılmasını təmin etmək və Respublikamızın DWDM avadanlıqları qurulmayan digər rayonlarında bu avadanlıqları quraşdıraraq, Delta Telecom şirkətinin DWDM + 626 WSS şəbəkəsinə inteqrasiya etdirməkdir.

DWDM avadanlığı bir cüt optik lif vasitəsi ilə bir-birinidən asılı olmayan 10 GB səviyyəsində 96 ədəd kanalın ötürülməsinə imkan yaradır.
Bir neçə informasiya kanalını müxtəlif tezliklərlə bir optik kanal ilə daşınmasına imkan verən DWDM şəbəkəsi L dalğa diapozonunda işləyərsə, maksimum kanal sayı 160-a bərabər ola bilər.

Delta Telecom şirkətinin trafiki İran, Rusiya və Türkiyə əraziləri vasitəsilə optik xətlər üzərindən daxil olur. DWDM (Dense Wavelength Division Multiplexing) nəqliyyat texnologiyasından istifadə etməklə respublika daxilində məlumatların ötürülmə sürəti 40 Gbit/s-ə çatır.

Hal-hazırda Delta Telecomun DWDM şəbəkəsində WDH texnologiyasından istifadə olunur. WDH texnologiyası bir neçə informasiya kanalını müxtəlif tezliklərlə bir optik kanal ilə daşınmasına imkan verir. Hər kanalın ötürmə sürəti 2, 5, və ya 10 Qbit/s çata bilər.
Bütövlükdə, bu gün şəbəkənin potensial ötürmə imkanı 320 Qbit/s çatır.

DWDM şəbəkəsi yüksək tutumla (THz) uzaq məsafələrə hər biri 10 Gb/s olmaqla 96 dalğa ötürmə iqtidarındadır.

Beynəlxalq bağlantılardan Rusiya istiqamətində 2009-cu il üçün 32,5 Gbt olmuşdursa, 2010-cu ildə bu göstərici 50 Gbt-ə çatdırılmışdır. DWDM şəbəkəsi bir cüt optik xətt üzərindən 32 virtual kanalın təşkilini həyata keçirir.

Bu gün DWDM şəbəkəsi dövlət strukturlarına, özəl və xarici təşkilatlarına, şəbəkə rabitə operatorlarına, İnternet Servis Provayderlərinə və korporativ sifarışçilərinə müasir telekommunikasiya xidmətləri göstərir.

Bir neçə informasiya kanalının müxtəlif tezliklərlə bir optik kanal ilə daşınmasını, yüksək ötürmə sürəti və 100% təhlükəsizliyi təmin etmək imkanı, rəqəmsal kanallar üzərindən trafikin ötürülməsi, regional və şəhər magistral nəqliyyatının qurulması, optik xətt kanallarının şəffaflığına görə hər hansı texnologiyanın istismarını məhz DWDM şəbəkəsi reallaşdırır.

Bütünlükdə, DWDM həlli dalğaları, optik kanalların sayı və ötürücülük qabiliyyəti, müştərilərin sayı və interfeysinin tipi kimi hakim parametrlərinə görə miqyaslılığı təmin edilir.