| Xidmətlər | DWDM xidmətləri
SORĞU
DWDM xidmətləri
DWDM texnologiyası dünyanın müxtəlif regionlarının rabitə şəbəkələrində, xüsusən Avropa, Asiya və Latın Amerikasında istifadə edilir. Bundan başqa, DWDM-ə multiservis və mobil şəbəkələrin möhkəm infrastrukturunun yaradılması üçün etibarlı texnologiya kimi baxılır.
DWDM nəqliyyat texnologiyası (Dense Wavelength Division Multiplexing) – bir optik çütlük üzərindən ötürülmə zamanı yüksək sürət təmin edir.
DWDM texnologiyasının istifadəsi iri həcmli trafikin ötürülməsində özünü doğrultmuşdur.
Hal-hazırda bir çox operatorlar STM-64 avadanlığına keçir, magistral və şəhər şəbəkələrinin qurulması üçün DWDM-texnologiyasından istifadə edirlər. DWDM texnologiyası müxtəlif xassəli trafikin ötürülməsini birləşdirməyə imkan yaradır. Bunun üçün hər bir trafik üçün özünün optik kanalı və ya dalğa uzunluğu ayrılır.
- Bütün Azərbaycanın region mərkəzlərini və Beynəlxalq çıxış nöqtələrini əhatə edən DWDM şəbəkə infrastrukturu
- TDM şəbəkələrinin quraşdırılması
- Beynəlxalq IP transit xidmətləri
- Milli IP transit xidmətləri
- TDM səs (voice) xidmətləri
- Lamda dalğalarının icarəsi
- 2 Mbit-dən başlayaraq 10 Gbit-ə qədər portların arendası

