|  Həllər  |  Data Mərkəzi

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Data Mərkəzi


Şirkətimiz Qafqazda ən böyük Data Mərkəzini tikir. Bu Data Mərkəz hal-hazırda bütün gücünün cəmi 10%-ilə fəaliyyət göstərməkdədir. Azərbaycanda internet resursların, əsasəndə milli internet resursların inkişaf etdirilməsi üçün Data Mərkəzdə göstərilən xidmətlərin əksəriyyəti kommersiya maraqlarından tamamilə kənardır. Onu da qeyd etmək lazımdır ki, bu gün Delta Telecomun internet xidmətləri təkcə Azərbaycana yox, regionda da çox maraqla istifadə edilməkdədir.

Co-location

Serverin yerləşdirilməsi/Server allocation Sayı-  Sərfiyyat/  Quantity-Usage Vahidin
aylıq
iyməti/ Unit price 
Ümumi Qiyməti/ Extended price 
  Aylıq/Monthly   AZN  AZN
1 Serverin yerləşdirilməsi 1 U 30 30.00
1 Rack 500 500.00
2 Serverin istehlak etdiyi elektrik enerji sərfiyyatı  1 kw 36.61 36.61
3 Serverin soyudumasina sərf olunan elektrik enerji sərfiyyatı   1 U 5.00 5.00
1 Rack 73.22 73.22
  ƏDV/VAT     +18

Qeyd:

  1. Data Center TİER2 standardlarına cavab verir. 
  2. Serverə daxil olan və generasiya edilən trafik arasındakı nisbət   1:1 nisbətində olmalıdır. Bu şərt pozulduğu halda əlavə istifadə olunan hər 1 Mbps İnternet xidməti üçün-20.00 AZN+ƏDV tətbiq olunacaq.

VDS

Xidmətin təsviri/ Service description Sayı/ Quantity Vahidin qiyməti/ Unit price Ümumi qiymət/ Extended price
  Minimal paket   AZN  AZN
1 1 Static İp address 1 0.00 0.00
1 Gb RAM 1 10.00 10.00
1 CPU (2.4 Ghz) 1 10.00 10.00
50 Gb HDD 1 10.00 10.00
Cəmi/Total 30
ƏDV/VAT 5.40
Yekun (ƏDV daxil)/Extended (inc VAT) 5.40
Hər artırılan/Adding each of
1 1 Gb RAM 1 1 10.00
2 1 CPU (2.4 Ghz) 1 1 10.00
3 50 GB HDD 1 1 10.00
ƏDV/VAT +18%
Qeyd: 1.Serverə daxil olan və generasiya edilən trafik arasındakı nisbət 1:1 nisbətində olmalıdır. Bu şərt pozulduğu halda əlavə istifadə olunan hər 1 Mbps İnternet xidməti üçün-20.00 AZN+ƏDV tətbiq olunacaq.
Verilən əməliyyat sistemləri: *NIX x64, x86

Hosting

Hosting tutumu/Hosting size Ümumi qiymət/ General price
1 2 Gb 11.00
2 5 Gb 16.00
3 10 Gb 25.00
4 20 Gb 37.50
5 30 Gb 56.00
6 40 Gb 73.00
7 50 Gb 84.00
ƏDV/VAT +18%
QEYD* Aylıq giriş və çıxış trafiki limitsizdir.
NOTE* Monthly ın and out traffic is unlimited.

Əlavə xidmətlər

Xidmətin adı/Service description Sayı/ Quantity Ümumi qiymət/ General price
Aylıq/Monthly AZN
1 Addon domain 1 1.50
2 DNS parking 1 1.50
ƏDV/VAT +18%

Delta Telecom Data Mərkəzinin yaradılmasında əsas məqsəd azərbaycandilli kontenti inkişaf etdirib ölkəmizdə yerləşdirilməsi və hər bir məlumatın təhlükəsizliyini təmin etməkdir.

Data Mərkəzin yüksək səviyyədə qurulması və idarə edilməsi üçün böyük investisiyalar yatırılmışdır və yatırılmaqda davam edir. İnfrastruktur ən müasir texnologiyalara əsaslanan platformalarla təchiz edilmişdir.

Delta Telecomun Data Mərkəzində bir neçə fiziki serverləri və yaddaş qurğularını proqram səviyyəsində birləşdirərək istifadəçilər üçün virtual server yaratma imkanı mövcuddur. Hər bir virtual serverə əməliyyat sistemi yükləyərək fərdi server kimi istifadə etmək olar. Əməliyyat sistemi yazıldıqdan sonra server istifadəçiyə təhvil verilir. İstifadəçi öz növbəsində özünə lazım olan proqram təminatını yazıb istifadə edə bilər.

Delta Telecom Data Mərkəzinə hostinq əldə etmək üçün müraciət edən müştəri domeyn (internet səhifəsinin adı) alır və sonra həmin domeyni bizim serverlərə yönəldərək internet səhifəsinin yerləşəcəyi yerə yönəltmiş olur. Web-səhifə yönəldikdən sonra müştəriyə idarəetmə panelin “istifadəçi adı” və “şifrə”si verilir. Müştəri bu idarəetmə paneli vasitəsi ilə özünə elektron ünvan, faylları yükləmək üçün şifrə və sair yarada bilər. Həmin hostinqə ünvanlanmış və hazırlanmış web-səhifəni yazdıqdan sonra bu səhifə internetə çıxış səlahiyyəti əldə etmiş olacaq.

Ən əsas strategiyamız Data Mərkəzimizdə yüzlərlə saytların yerləşdirilməsi, saxlanılması və azərbaycandilli kontentin daha da inkişaf etdirilməsidir. Daha ətraflı məlumatı Data Mərkəzin www.datacenter.az web-səhifəsində ala bilərsiniz.

Avadanlıqların yerləşdirilməsi həlli (colocation server) - serverlərin sərbəst idarəetmə bacarığı və avadanlığı olan, yalnız yerləşdirməyə yeri olmayan şəxslər tərəfindən müraciəti zamanı həyata keçirilir. Bu halda serverlərin daim işləməsi üçün hər çür şəraitə malik olan Data Mərkəzdə müştərinin serveri üçün yer ayrılır. Sizin serveriniz daimi işləyən soyutma sistemləri, təhlükəsizlik, internet kanalına çıxış ilə təmin olunur.

Məlumatların bərpası - Disaster Backup & Recovery həlli İnformasiyanın itgiyə uğramaması çox vacib olan şirkətlər, bank sistemləri üçün daha uyğundur. Sistemin nasazlığı zamanı, hər hansı səbəbdən məlumat itgisi baş verərsə bu xidmətdən istifadə edib məlumatlarınızı bərpa edə bilərsiniz.

Ayrılmış server - Dedicated server həlli mütəxəssislərimiz tərəfindən tam quraşdırılmış və işə hazır olan server təqdim edir. Serverin tam idarəedilməsi root (başlanğıc) səviyyəsində sizin səlahiyyətinizə verilir. Bu serverə istədiyiniz proqram təminatını yükləyə və özünüzə uyğun dəyişikliklər edə bilərsiniz.

Bizim Data Mərkəzi dünyanın aparıcı şirkətlərinin ən müasir avadanlıqları ilə, həmçinin hostinqin idarə etməsi üçün C-Panel idarəetmə paneli ilə təmin olunmuşdur.

Data Mərkəzin hazırki parametrləri aşagıdakı kimidir :

  • Prosessor: 368 GHz
  • RAM: 384 GB

Data Mərkəzi bu tipli müəssisələr və təşkilatlar üçün istifadə edilən Beynəlxalq Standartlara tam şəkildə uyğunlaşdırılmış zəruri olan təhlükəsizlik sistemləri ilə təchiz edilmişdir.

Bütün server və avadanlıqların toplum olduğu bu məkanda avadanlıqların müntəzəm işləməsini təmin etmək məqsədilə soyutma sistemləri, daimi elektrik cərəyanı ilə təmin olunmuş UPS və generatorlar quraşdırılmışdır. Burada təhlükəsizlik fiziki və texniki səviyyədə həyata keçirilir. Bütün bunlar isə öz növbəsində Data Mərkəzin dayanmadan işləməsi deməkdir.

Delta Telecomun Data Mərkəzində məlumatlar bazasının, əməliyyat sistemlərinin, web-əlavələrin, həmçinin Mərkəzin özünün və müştərilər sisteminin müdafiəsini ən yüksək səviyyədə təşkil edən ən müasir məlumat təhlükəsizliyi və monitorinq sistemləri quraşdırılmışdır.

Data Mərkəzdə virtuallaşma proqramların köməyi ilə çox yüksək sürətli server və böyuk həcmli yaddaş qurğularını özündə cəmləyən mükəmməl vahid struktur yaradılıb. Bu infrastrukturun imkanlarından istifadə edərək Data mərkəz əsasında Delta Telecom korporativ sifarışçilərə, hüquqi və fiziki şəxslərə yüksək keyfiyyətli həllər təklif edir:

  • Web;
  • Elektron poçt xidməti;
  • Domeyn dəstəyi;
  • Virtual Serverlər;
  • Televiziya kanallarının internet üzərindən yayınlanması;
  • Məlumatların rezervləşdirilməsi və bərpası;
  • Xüsusi ayrılmış serverlər (colocation server (avadanlıqların yerləşdirilməsi) və dedicated server (ayrılmış server)

Əminik ki, bu Data Mərkəz social şəbəkələrin, portalların, fərdi və kommersiya internet resurslarının inkişafı üçün dəstək verəcəkdir.