|  Həllər  |  Energetika

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Energetika


Delta Telecom təklif olunan energetika həllində həm şirkət, həm də bölgələr daxilində avadanlıqlarımızın fasiləsiz işləməsi üçün vaxtaşırı əlavə qida elektrik qurğularının tərtibi və onların monitoring sisteminin ümumi şəbəkə vasitəsilə idarə edilməsini təmin edir.

Şirkət daxilində avadanlıqlar əsas iki ayrı yarımstansiyadan qidalanır, bu da onların fasiləsiz işləməsini təmin edir. Hər iki yarımstansiyada yüksək gərginlik xəttində kəsinti olarsa, bu zaman gücü 400 kVt-a çatan generator avtomatik olaraq işə düşür.

Şirkətin soyutma sistemi yenilənib, bölgələrə bölünən ümumi bir şəbəkə sistemində birləşdirilmişdir. Əgər şəbəkənin hansısa bölgəsində gərginlik kəsintisi baş verərsə, həmin dəqiqə bölgə rəhbərliyinə xəbərdarlıq edilir və xəta aradan qaldırılır. Bölgələrdə quraşdırılmış qida qurğusunun üzərinə Web SMNP cihazı quraşdırılır. Onun vasitəsilə qurğu ümumi şəbəkə sisteminə qoşulur və mərkəzdən monitoring aparılır.