|  Xidmətlər  |  IP Multimedia Subsystem

IP Multimedia Subsystem


İMS - İP şəbəkəsi üzərindən audio və multimediya xidmətlərinin təşkilini təmin edən, üçüncü nəsil əməkdaşlığı proyekti tərəfindən irəli sürülən və hazırda beynəlxalq səviyyədə qəbul olunmuş bir standartdır. Bu standart GSM, WCDMA, CDMA 2000, WLAN kimi müxtəlif standartlarda işləyən avadanlıqları dəstəkləyir, onların bir kommunikasiya mühitində qarşılıqlı işini və idarəsini təmin edir.

İMS texnologiyası son istifadəçiyə audio, mətn, şəkil, video və bütün sadalanan xidmətlərin müxtəlif kombinasiyalarının bir çağırış müddətində verilməsini, yüzlərlə əlavə xidmət növlərindən istifadə etmək imkanı verir.

Delta Telecom müəssisəsinin İMS texnologiyası üzrə göstərdiyi xidmətlər bunlardır:

  • gələcək nəsil şəbəkəsinin xidmətləri: servislərin proqramlaşdırılması üçün açıq interfeyslər, məlumat axtarışı üçün brouzerin imkanlarından istifadə, müxtəlif maraq qruplarında iştirak etmək imkanı - sosial şəbəkə, web və ya wap səhifəsindən Click-to-Call imkanı və s.
  • səs trafikinin İP şəbəkə ilə otürülməsi
  • bir necə operator şəbəkəsinin trafikinin daşınmasını təmin etmək üçün tranzit mərkəzin təşkili, həmçinin şəbəkələrdə çağırışların paylanması və marşrutlandırılması, regional seqmentlərdən alınan trafikin yenidən paylaşdırılması və tranziti.
  • proqram kommutatorları bilavasitə son istifadəçi şəbəkəsi ilə işləmək imkanı yaradır və klassik telefoniya xidmətlərindən başqa çoxlu sayda əlavə xidmət növləri.
  • Müasir telefoniya xidmətlərinin tam dəsti – çağırışların marşrutlandırılması, gözlənilməsi, saxlanılması və yönəldilməsi, 3-tərəfli konfrans, ikinci zəng, çoxxətli abonent qrupu və s.
  • Şəhər nömrələrinin xəttlərdən hər hansı birinə təyini, giriş və ya çıxış zənglərinə qadağa, zənglərin və qoşulmaların statistikasının əldə edilməsi.
  • telefonla yığılan aktivasiya kodları və web-interfeys vasitəsilə səs portalına müraciət
  • səsli poçt kimi digər səs və multimediya xidmətləri
  • abonentə televiziya proqramlarının və videofilmlərin multimedia serverindən internet şəbəkəsi ilə fərdi çatdırılma sistemi
  • iki və daha çox abonent arasında interaktiv qarşılıqlı əlaqənin yaradılması
  • Audio yayım, TV, İnternet, sms, mms, chat, mail və s.