|  Delta Telecom   |  İnsan resursları   |  Mühəndislər

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Mühəndislər


Delta Telekom fəaliyyət göstərdiyi bu müddət ərzində respublikamızın ərazisində peyk rabitəsinin istifadəsi istiqamətində bir çox uğurlu layihələrə imza atmışdır. Sözü gedən layihələri reallaşdırmaq üçün və artan tələbatı nəzərə alaraq müəssisənin mütəxəssislərinin ixtisasını artırmaq vacibdir.

Müəssisəmizdə çalışan mühəndis və texniklərimiz onlarla beynəlxalq sertifikat almağa nail olublar .

Odur ki, müəssisənin bir neçə mütəxəssisi 2001- ci ildə ABŞ-da 45 günlük kurs keçiblər. Kursu müvəffəqiyyətlə başa vuran və 12 adda sertifikatla vətənə geri dönən mühəndislər müstəqil şəkildə yeni mütəxəssislərin ixtisaslaşmasına və montajçı qrupların hazırlanmasına başlayıblar.

Həmçinin, mühəndislərimiz avadanlıqların düzgün texniki istismarını və nasazlıqların vaxtında aşkarlanması məqsədi ilə test yoxlamaları aparır və müəyyən edilmiş nasazlıqları aradan qaldırırlar.

Delta Telekom kollektivi bununla kifayətlənməyərək beynəlxalq informasiya texnologiyaları bazarına daha yeni daxil olan avadanlıqları istifadə edərək, yeni proyektlər üzərində işləyir.