|  Həllər  |  Şəbəkə Əməliyyat Mərkəzi

Şəbəkə Əməliyyat Mərkəzi


Delta Telecom Şəbəkənin Əməliyyat Mərkəzindən (NOC - eng. Network Operations Center) ATS xidmətləri, peykli rabitə xidmətləri, eyni zamanda bir kanal üzərindən bir neçə informasiya kanalı ötürmə xidmətləri, trafikin parçalanması və müştərilərə çatdırılması xidmətləri və digər xidmətlərlə bağlı yaranan problemlər idarə olunur. Mərkəzdə avadanlıqlar quraşdırılıb, mütəxəssislərimiz onlara nəzarət edirlər.

Bu sahələrdə olan müştərilərimiz ilk əvvəl Çağrı şöbəsi ilə əlaqə saxlayırlar. Ümumiyyətlə, şirkətimizin göstərdiyi bütün xidmətlərlə bağlı zənglər Çağrı şöbəsinə daxil olur, şikayətə əsasən tiket açılır, lazım gəldikdə zənglər yönləndirilir, müəyyən informasiyalar bildirilir və s.

Transmissiya üzrə hər hansı iş görülərsə, müştərilər əvvəlcədən email vasitəsilə məlumatlandırılır.

Delta Telecom NOC əlaqə informasiyası:

e-mail:     noc@delta-telecom.net
Tel:          +994 12 404-04-78 (daxili nömrə 107); +994 12 431-14-20