|  Xidmətlər  |  SDH xidmətləri

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

SDH xidmətləri


SDH texnologiyası Delta Telecomun DWDM şəbəkəsi vasitəsi ilə daşınan trafikin parcalanmasını və müştərilərə çatdırılmasını təmin edir.

  • Local GSM Backhauling - peyk üzərindən böyük həcmli trafikin ötürülməsi həlləri Sizə yerüstü infrastukturu keçərək ən uzaq ərazilərlə əlaqə yaratmaq, mobil əlaqəni genişləndirmək, magistral şəbəkə yaratmaq və yerüstü şəbəkənin ehtiyatı (backup) üçün həllər təklif edir.
    Xidmətin coğrafiyası: Azərbaycan, Rusiya, Asiya, Avropa.
  • IPLC xidmətləri - IPLC (xüsusi ayrılmış beynəlxalq kanal) hər hansı təşkilatın dünyanın müxtəlif coğrafi hissəsində yerləşən ofisləri arasında qarşılıqlı əlaqə yaratmaq üçün istifadə edilən xüsusi məxfi bir xəttdir. IPLC İnternetə qoşulma, biznes informasiya mübadiləsi, videokonfrans və telekommunikasiyanın digər formaları üçün istifadə edilə bilər.
  • 2 Mb/s başlayaraq 10 Qb/s qədər artan TDM Portları
  • Transmissiya xidmətləri
  • Beynəlxalq tranzit xidmətləri – beynəlxalq kanallar böyük beynəlxalq rabitə operatorlarları ilə birgə təşkil olunur.

Əməkdaşlıq etdiyimiz operatorlar arasında Rusiyanın Rostelecom, Gürcüstanın UTG, Fopnet, Railway, Türkiyənin Türktelecom, İranın İrantelecom kimi şirkətləri var.
Bizim SDH şəbəkə bir çox Avropa və Asiya ölkələri arasında tranzit rolunu oynayır.