|  Delta Telecom   |  İnsan resursları   |  Təsərrüfat üzrə personal

Təsərrüfat üzrə personal


Delta Telecom təsərrüfat üzrə heyəti sürücülər, bağbanlar, aşbazlar və təmizlik personalından ibarətdir.

Sürücülərimiz şirkətin avtomobilə olan ehtiyacını təmin edirlər.

Bağbanlarımız Delta Telecomun həyətyanı sahəsində yaşıllıqlara qulluq edirlər. Onların sayəsində şirkətin bağında onlarla növ meyvə ağacları, qızılgül kolları, dekorativ ağaclar yetişdirilir.

Aşbazlarımız dadlı-duzlu yeməklər hazırlayıb Delta Telecomun bütün heyətini nahar ilə təmin edirlər.

Təmizlik personalı isə şirkətin sanitar və gigiyenik təmizliyini təmin edir.