|  Delta Telecom  |  Tarix və inkişaf

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Tarix və inkişaf


Biz fikirləşdik ki, Sizə nə verə bilərik

  • Aşağı qiymət, yüksək keyfiyyət
  • Yeni texnologiya, müasir avadanlıq
  • Səmərəli rabitə vasitələrinin təchizi
  • İnformasiyanın təhlükəsizliyi
  • 24x7 servis-qəza xidmətləri
  • Professional səviyyədə servis

Müəssisə başçısı və ya bir sahibkar telekommunikasiya xidmətlərini göstərən müəssisəyə müraciət etdikdə məhz bunları gözləyir.

Tələbatınıza uyğun müəssisə yaradıldı 

XXI əsrin astanasında dünya üzrə peyk rabitəsi istiqamətində kifayət qədər bahalı kanallardan qənaətlə istifadə edən peyk rabitə vasitələri tətbiq olunurdu. Odur ki, Azərbaycanda da analoji texnologiyanın istifadəsinə ehtiyac duyulurdu.

Delta Telekom Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilən №001573 və №065554 saylı lisenziya əsasında Universal Rabitə Xidmətləri göstərir.

Telekommunikasiya  inqilabına aparan yol  

"Delta Telecom" fövqəladə hallarda belə etibarlı işləyə bilən korporativ şəbəkənin yaradılması üzrə layihələr işləməyə başladı. İlk layihədə 2000-ci ildə Zaqafqaziyada yeganə olan DirecWay(TM) şəbəkəsinin Mərkəzi Peyk Rabitə Stansiyası tikilib istifadəyə verildi. Başlanğıcda bu stansiya vasitəsilə Azərbaycan Beynəlxalq Bankının bir neçə məntəqələri ilə baş ofisi arasında rabitə yaradıldı.
Rabitənin keyfiyyəti sınaqdan keçirildikdən sonra Azərbaycan Beynəlxalq Bankının, Dövlət Gömrük Komitəsinin bölgələrdəki məntəqələrini baş ofisləri ilə birləşdirən korporativ peyk rabitə şəbəkəsi quruldu.

Delta Telecom fəaliyyətində yeni istiqamət

Azərbaycanda daha bir telekommunikasiyanın gələcəyi naminə atılan addım Qafqazda ən iri tutumlu və ən yüksək texnologiyalarla təchiz edilmiş İnternet Backbone-nun yaradılması oldu.

Kadr seçimində gəncliyə üstünlük veririk

Biz işçilərin təşəbbüskarlıq, komandada işləmək bacarığı, öz üzərində daim çalışmaq kimi keyfiyyətlərinə qiymət verir və inkişaf etdiririk. Belə keyfiyyətlərə malik olan əməkdaşlarımız üçün professional və karyera inkişafı üçün gözəl imkanlar mövcuddur.

Keyfiyyət siyasətimiz

Qafqazda yeganə olan DirecWay stansiyasının bizə məxsus olmasına baxmayaraq,  biz bir Delta Telekom kimi monopolistlik siyasətindən uzaq olub, qiymət və keyfiyyət siyasətini üstün tuturuq.

Delta Telekom kollektivi göstərilən xidmətin və təchiz olunan avadanlığın keyfiyyətinin artırılması, hətta keyfiyyət nəzarət sisteminin reallaşdırılmasını özünün vəzifə borcu hesab edir.