|  Həllər  |  VSAT

VSAT


Delta Telecom VSAT şəbəkəsi regionlarda və dağlıq ərazilərdə yerləşən yüzlərlə kəndləri telefoniya, peykli rabitə, internet xidmətləri ilə təmin edir.

Rayon mərkəzindən çox uzaq yerləşən kəndlərdə, meşənin içində və ya dağın ətəyində yerləşdirilmiş turizm mərkəzlərində, rabitə xətti olmayan yerlərdə telefon əlaqəsi, istənilən sürətdə internet, məhz peyk rabitə vasitəsilə təşkil edilir. Bu isə, əlçatmaz yerlərdə istənilən informasiyanın əldə edilməsi deməkdir.

Şəbəkənin İdarəetmə Mərkəzi Delta Telecomda yerləşir və üzərində olan bütün VSAT şəbəkəsini mərkəzdən birbaşa nəzarət etmək mümkündür.

Məlumatlar quraşdırılmış VSAT məntəqələrindən peyk vasitəsi ilə Mərkəzə ötürülür, buradan isə istənilən yerə çatdırılması təmin olunur. Müştərilər mövcud şəbəkədən istifadə edərək özləri Virtual Fərdi şəbəkə (VPN) bağlantısı yarada bilər.

Delta Telecom VSAT üzərindən peykli rabitə şəbəkəsini 3 əsas element təşkil edir: mərkəzi yerüstü stansiya, peyk və qeyri-məhdud sayda ölkənin müxtəlif nöqtələrində yerləşdirilmiş VSAT terminallardır.

Mərkəzi yerüstü stansiya bütün şəbəkənin işinin idarəolumnasını təmin edir. Belə ki, peykdən qəbul edilən siqnalı terminallara paylaşdırır, nasazlıqları aşkar edir və yerüstü rabitə xətləri ilə uzlaşdırılır.

Hal-hazırda, NOC mərkəzində stansiyanı idarə etmək üçün müasir serverlər quraşdırılıb. İldə bir dəfə həmin serverlər ən yeni proqram təminatı ilə təhciz olunur və yenilənir. VSAT şəbəkənin qurulmasında müasir texnologiyalardan istifadə olunur və inkişaf getdikcə bu texnologiyalar istehsalatda da tətbiq olunur.

Bu şəbəkə ilə 256 kb/ps-dən başlayaraq 4 Mbit qədər internet, voice (səs), data (məlumat) ötürmək mümkündür. Upload (qəbul edilən kanal) sürət 256 kb/ps və 512 kb/ps, download (ötürülən kanal) sürət isə 30 Mb/ps-dır.

Azərbaycanda VSAT şəbəkəsinin sürətlə inkişafı ona böyük tələbatın olmasının göstəricisidir.

Keçən il göstəriciləri ilə müqayisədə, 2009-cu il abonentlərin sayı kifayət qədər artmışdır.

Stansiyalarımız Azərbaycanın əksər bölgələrində, həmiçinin Türkiyə və Gürcüstan ərazilərində də quraşdırılıb.

VSAT şəbəkə xidmətlərindən istifadə edən müştərilərimiz dövlət orqanları, nazirliklər, idarələr, təşkilatlar, İSP-lər, şirkətlər, banklar və digər korporativ müştərilərdir.