|  Həllər  |  Web

Web


Delta Telecom web həlləri Azərbaycanda və dünyada azərbaycandilli kontentin artırılıb müxtəlif ictimai və əyləncə xarakterli, sosial, elmi, texnoloji, telekommunikasiya məlumatları ilə zənginləşdirilməsinə yönəldilib.

Müasir web standartlarına tam şəkildə uyğunlaşdırılmış web-səhifənin mövcudluğu məşğul olduğu sahədən asılı olmayaraq hər bir müəssisənin və şirkətin nüfuzunu artırmaqda, tanıtmaqda önəmli bir faktordur. Məhz bunu nəzərə alaraq, Delta Telecom müştərilərinə web-proyektlərin hazırlanması, dizayn, proqramlaşdırma, contentin yığılması, tərcümə və reklam həllərini, həmçinin reklam çarxlarının tərtib edilməsini təklif edir.

Müştərinin məşğul olduğu sahəyə uyğun olaraq, Delta Telecomun web-dizaynerlər qrupu şirkətin rəmzinə, loqosuna, rənginə riayət etməklə gələcək web-səhifənin ümumi quruluşunu qrafik şəkildə tərtib edirlər. Tərtib olunmuş dizayn lahiyəsinin hər bir elementi təsdiq olunduqdan sonra, web-proqramçılar tərəfindən səhifə istənilən dinamik, interaktiv vəziyyətə gətirilir, bazası yaradılır, saytın tam təhlükəsizliyi təmin olunur.

Delta Telecom web developmentin qısa zamanda fəaliyyət göstərməsinə baxmayaraq, bu müddət ərzində www.azeritube.az Azərbaycanda yeni milli istifadəçi videokontenti, körpələrimiz üçün milli uşaq saytı www.bebe.az, həmçinin simsiz, genişzolaqlı, limitsiz və yüksək sürətli internetdən istifadə imkanı verən 4G Mobil Wimax texnologiyasının rəsmi saytı www.wimax.az, Help Desk Çağrı Mərkəzinin proqramlaşmış sistemdə işləməsi kimi layihələrə imza atmışdır.
Həmçinin, yaxın gələcəkdə müqavilələrin sistemləşdirilmiş proqram daxilində istifadəsini nəzərdə tutan sistem yaradılacaq. Əminik ki, peşəkarlardan ibarət olan proqramçı heyətimiz qarşıda duran bütün məqsədlərə çatmağa qadirdir və bu yolda durmadan çalışmaqdadır.

Əlavə suallar üçün: web@delta-telecom.net