|  Layihələr   |  Web layihələr   |  Data Mərkəzi

Data Mərkəzi


Şirkətimiz Qafqazda ən böyük Data Mərkəzini tikir. Bu Data Mərkəz hal-hazırda bütün gücünün cəmi 10%-ilə fəaliyyət göstərməkdədir. Azərbaycanda internet resursların, əsasəndə milli internet resursların inkişaf etdirilməsi üçün Data Mərkəzdə göstərilən xidmətlərin əksəriyyəti kommersiya maraqlarından tamamilə kənardır. Onu da qeyd etmək lazımdır ki, bu gün Delta Telecomun internet xidmətləri təkcə Azərbaycana yox, regionda da çox maraqla istifadə edilməkdədir.

Delta Telecom Data Mərkəzinin yaradılmasında əsas məqsəd azərbaycandilli kontenti inkişaf etdirib ölkəmizdə yerləşdirilməsi və hər bir məlumatın təhlükəsizliyini təmin etməkdir.

Data Mərkəzin yüksək səviyyədə qurulması və idarə edilməsi üçün böyük investisiyalar yatırılmışdır və yatırılmaqda davam edir. İnfrastruktur ən müasir texnologiyalara əsaslanan platformalarla təchiz edilmişdir.

Delta Telecomun Data Mərkəzində bir neçə fiziki serverləri və yaddaş qurğularını proqram səviyyəsində birləşdirərək istifadəçilər üçün virtual server yaratma imkanı mövcuddur. Hər bir virtual serverə əməliyyat sistemi yükləyərək fərdi server kimi istifadə etmək olar. Əməliyyat sistemi yazıldıqdan sonra server istifadəçiyə təhvil verilir. İstifadəçi öz növbəsində özünə lazım olan proqram təminatını yazıb istifadə edə bilər.

Delta Telecom Data Mərkəzinə hostinq əldə etmək üçün müraciət edən müştəri domeyn (internet səhifəsinin adı) alır və sonra həmin domeyni bizim serverlərə yönəldərək internet səhifəsinin yerləşəcəyi yerə yönəltmiş olur. Web-səhifə yönəldikdən sonra müştəriyə idarəetmə panelin “istifadəçi adı” və “şifrə”si verilir. Müştəri bu idarəetmə paneli vasitəsi ilə özünə elektron ünvan, faylları yükləmək üçün şifrə və sair yarada bilər. Həmin hostinqə ünvanlanmış və hazırlanmış web-səhifəni yazdıqdan sonra bu səhifə internetə çıxış səlahiyyəti əldə etmiş olacaq.

Ən əsas strategiyamız Data Mərkəzimizdə yüzlərlə saytların yerləşdirilməsi, saxlanılması və azərbaycandilli kontentin daha da inkişaf etdirilməsidir. Daha ətraflı məlumatı Data Mərkəzin www.datacenter.az web-səhifəsində ala bilərsiniz.