|  Layihələr  |  Europe Persia Express Gateway (EPEG)

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Europe Persia Express Gateway (EPEG)


Noyabrın 1-də Bakıda EPEG Konsorsiumunun üçüncü iclası keçirilmişdir. İclası giriş sözü ilə açan "Delta Telecom" şirkətinin texniki direktoru Rahid Ələkbərli tədbirin əhəmiyyətini qeyd etmişdir. Baş nazirin müavini Abid Şərifov çıxış edərək demişdir ki, bu gün Azərbaycan yüksək iqtisadi göstəricilərlə inkişaf edir. Ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) prioritet sahə elan edilmişdir. İKT sahəsində layihələr inkişaf etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu sahənin inkişafına böyük diqqət göstərilir. Ölkəmiz bir çox beynəlxalq strateji layihələrdə iştirak edir. O cümlədən İKT sahəsində də bir sıra layihələr uğurla həyata keçirilir. Bakıda keçirilən üçüncü konsorsiumda İngiltərənin C&W şirkəti (Cable&Wireless), Rusiyanın "Rostelekom", İranın TIC (Telecommunication Infrastructure Company) və Omanın "Omantel" kimi qlobal miqyaslı şirkətlərinin nümayəndələri Azərbaycanın əsas aparıcı şirkəti Delta Telecom ilə birgə "Europe Persia Express Gateway" (EPEG) kabel magistralı layihəsini müzakirə etmişdilər. Qeyd edək ki, birinci və ikinci görüşlər Tehran və Moskvada keçirilmişdir. Bu layihə sayəsində Avropadan Omana, habelə Frankfurt şəhərindən başlayaraq Polşa-Ukrayna-Rusiya-Azərbaycan-İran və Oman ərazisindən keçməklə çox böyük tutumlu, keyfiyyətli rabitə kanallarının Asiya ölkələrinə çatdırılması təmin ediləcəkdir. Bu marşrut Avropadan Asiyaya olan dənizaltı kabellərə alternativ olaraq ən qısa yoldur. Azərbaycan bu layihədə tranzit ölkə kimi həm əsas, həm də ehtiyat marşrut olaraq seçilmişdir. Baş nazirin müavini Аbid Şərifov qeyd etdi ki, Azərbaycan tərəfdən layihədə iştirak edən "Delta Telekom" şirkətinin potensialı böyükdür. Şirkətin bu sahədə bır sıra layihələri müvəffəqiyyətlə yerinə yetirməsini əsas tutaraq, bu layihənin öhdəsindən gələcəyinə inanırıq. Azərbaycanın qlobal reytinq göstəricilərində şəbəkə texnologiyalarına görə öndə getməsində "Delta Telekom"un xüsusi yeri vardır. Ölkənin rabitə sahəsində tranzit ölkəyə çevrilməsi üçün "Delta Telekom" bır sıra layihələr həyata keçirmişdir. Gürcüstan, İran, İraq, Özbəkistan, Türkmənistan və digər dövlətlər bu şirkətin infrastrukturundan tranzit olaraq istifadə edirlər. Azərbaycanda İKT sektorunda əldə olunan nailiyyətlərdən danışan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirmişdir ki, ölkənin telekommunikasiya şəbəkələrinin modernləşdirilməsi artıq tam başa çatmışdır. Telekommunikasiya şəbəkələrində ən yeni nəsil texnologiyalar tətbiq edilmişdir. Artıq Azərbaycanda ən ucqar kəndlər belə daxil olmaqla, bütün bölgələrdə elektron tipli ATS-lər qurulmuşdur. Rayonlar, şəhərlərarası rabitədə də yeni nəsil texnologiyalara keçilmişdir. Ölkənin bütün ərazilərində vahid nömrələmə sistemi tətbiq olunur. Kəndlərdə, şəhərlərdə, Bakıda, mobil rabitə sektorunda da 7 rəqəmli nömrələmə sistemindən istifadə olunur. Bu yeni sistem Beynəlxalq Telekommunikasiya İttifaqının nömrələmə ilə bağlı tələb və prinsiplərinə tam cavab verir. MDB məkanında Azərbaycan ilk olaraq belə bir möhtəşəm nailiyyət əldə etmişdir. Nazir müavini qeyd etmişdir ki, ölkəmizin əksər ucqar rayonlarına optik xətlərin çəkilməsi başa çatdırılmış, uzaq hesab edilən digər rayonlara analoji xətlərin çəkilməsi üzərində fəal iş gedir. Ölkəmizin ucqar kəndlərində belə cari ilin sonunadək genişzolaqlı internetdən istifadə edilməsi üçün müvafiq layihə hazırlanmaqdadır. "Delta Telecom"un prezidenti Ramazan Vəliyev, EPEG Konsorsiumunun sədri Vsevolod Korjayev EPEG kabel magistralı layihəsinin əhəmiyyətini vurğulamış, bu layihənin müvəffəqiyyətlə həyata keçiriləcəyini bildiriblər. EPEG kabel magistralının buraxılış qabiliyyəti 3,2 Tbit/s təşkil edəcək. Onun uzunluğu isə 10 min kilometrə çatacaq. Layihənin ilkin dəyəri təxminən 200 milyon dollar məbləğində qiymətləndirilir. Kabel magistralının 2012-ci ilin mayında işə salınması gözlənilir.