MDR
İnternet şəbəkəsinə qoşulan heç bir resurs kiberhücumlardan sığortalanmamışdır. Son illər ərzində kiberhücumların sayı və iqtisadiyyata vurduğu maddi ziyanlar dəfələrlə artmışdır və artmaqdadır.
Bu kimi halların qarşısını almaq üçün şirkətimiz öz növbəsində MDR xidməti verir. 
 MDR - Managed Detection and Response (MDR) – son istifadəçi tərəfində ola biləcək kiberhücumları mümkün qədər tez aşkar etmək və onlara cavab vermək üçün üçüncü tərəf xidmət təminatçıları tərəfindən zəruri texnologiyaların təmin edilməsi, idarə edilməsi , istismarı və icrasıdır. MDR vasitəsi ilə son istifadəçilərə yönəlmiş daim yenilənən və çoxalan kiber təhdidlərdən qorunmanı Delta-Telecomun mütəxəssislərinə etibar edə bilərsiniz.