Internet

İP magistral şəbəkəsi , Beyləlxalq internet şəbəkəsi
 
Delta Telecomun  İnternet Magistralı - Azərbaycanın daxili və qonşu ölkələrin iri İSP-lərinin İnternet trafikini mövcud beynəlxalq internet kanalları 
vasitəsilə dünyanın qlobal internet şəbəkəsinə çıxarılmasını təmin edən bir şəbəkə sistemidir.
İnternet magistral Azərbaycanda və Qafqazda ilk dəfə, məhz Delta Telecom tərəfindən yaradılmışdır və son illər ərzində daha da genişləndirilmişdir.
Bu, yaradılmış magistralın xüsusi özəlliyi onun bir neçə istiqamətdə tam yedəkli olaraq beynəlxalq internet kanallarına məxsus olmasıdır. 
Avropanın üç böyük ölkəsində yerləşən Data Mərkəzlərində Delta Telecoma məxsus avadanlıqlara bir çox esas beynəlxalq operatorlar ve həmçinin Rusiyanin 
bir neçə böyük beynəlxalq operatorlari ilə bağlantılar qurulmuşdur. Bunu da qeyd etmək olar ki, regionlarımızda yerləşən avadanlıqlarımız arasında olan bağlantılar
tam olaraq rezervlənmişdir. Bu da o deməkdir ki, hər hansı fövqəladə hal şəraitində bu beynəlxalq və ya daxili kanalların zədələnməsi halında belə,
Azərbaycanın internet istifadəçiləri heç bir problem ilə üzləşməyəcəklər.
Hal-hazırda həm beynəlxalq, həm də daxili bağlantılarımızın ümumi tutumu 1 terabit/saniyədən artiqdır. Son istifadəçilər tərəfindən istifadə edilən internet 
trafikinin tutumu ümumi tutumun 30 %-dən çox deyildir.
Azərbaycandaxili internet istifadəçilərinin sayı və müxtəlif İnternet kontentlərinə tələbi artdıqca, analoji olaraq istifadə olunan internet tutumları da artırılır.
Delta Telecomun əməkdaşlıq etdiyi Beynəlxalq operatorlar
Delta Telecom dünyanın öndə gedən İnternet və kontent operatorları ilə əməkdaşlaq edir. Bunlara FACEBOOK, GOOGLE kimi kontent operatorlar, həmçinin 
TeliaSonera, CWW , SEABONE, DE-CIX, LINX , AMS-IX , DATA-IX , NTT , LEVEL3 , COGENT , NETIX ,GLOBAL-IX , TTK , ROSTELECOM və.s kimi Internet operatorları
da daxildir. Həmçinin TIC , İRANET ( İran) , Alsard (İraq) , CAUCASUS ONLİNE, FOPTNET (Gürcustan) kimi İnternet operatorları və digər bəynəlxalq şirkətlər
də Delta Telecom-la əməkdaşlıq edirlər.