Təəssüf ki, hər hansı əhəmiyyətli məlumatı İnsan xətası, avadanlığın kökdən düşməsi və yaxud da ziyanverici proqramların fəaliyyəti nəticəsində həmişəlik itirə bilərik. Bu o demək deyil ki, bu məhz sizdə baş verəcək və biz öz serverlərimizdən əmin deyilik.
Məlumatların Backup hər zaman hər bir şəraitdə məlumatların tez və tam bərpa edə bilmək üçün lazımdır.
Bir çox layihələr illərlə inkişaf edir, bu səbəbdən də kontent və məlumat bazasının qiyməti hansısa çərcivələrlə ölçülə bilməz. Neçə illərlə topladığımız məlumatı necə dəyərləndirə bilərik? Onu bir anda həmişəlik itirməyə hazırsınız?
Bizim mütəxəssislər təkidlə məlumatın itməsi kimi gözlənilməz hadisədən əvvəlcədən müdafiə olunmağı tövsiyyə edir, çünki bu hal baş verdikdə "Raid" belə sizə kömək edə bilməyəcək.
Biz rezerv kopyalarla işləmək üçün maksimal komfort şərait təmin etməyə hazırıq. Bunun üçün məlumatlarınızın saxlandığı serverlər Data Mərkəzdə sizin proyektlə eyni zalda yerləşdirilir. Serverlər arasında trafik maksimal sürətlə hərəkət edir və bizim daxili şəbəkə çərçivəsindən qırağa çıxmır, bu da kopyalanmanın sürətinə müsbət təsir göstərir.
Bütün müştərilərimiz üçün rezerv kopyalama təqdimatının daha əlverişli sxemi mövcuddur – biz sadəcə göstərilmiş həcmdə FTP-akkaunt təqdim edirik. İş əsnasında daha çox həcmə ehtiyac yaranarsa, siz dərhal onunla yararlana bilərsiniz, qiymətin dəyişikliyi isə növbəti ödəniş hesabında nəzərə alınacaq. Belə bir forma sizə hansı kontentin rezervləşdirməyə ehtiyac olub-olmamasını, rezervləşdirmə dövriliyini sərbəst şəkildə qərarlaşdırmağa şərait yaradır.
Hər istədiyiniz anda saxlanmış məlumatın lazım olan variantını tamamilə bərpa edə biləcəksiniz.
Avtomatik olaraq bütün məlumat serverdən kopyalanır və məlumatların bərpası məhz sizin mütəxəssis tərəfindən həyata keçirilir. Bu sxem ilk növbədə müstəqil idarəetmə və məlumatların mükəmməl şəkildə rezervləşdirilməsində məsuliyyətə hazır olmayan şəxslər üçün yararlıdır. Müştəri rezervləşdirmə prosesini hər an sərbəst şəkildə nəzarət edəcək.
Uzaqdan və lokal rezerv kopyalamanın təşkili
Lokal rezerv kopyalama xidməti avadanlığı Data Mərkəzimizdə yerləşdirilmiş müştərilərə təqdim edilir. Bu xidmətin təşkili üçün Müştəri avadanlığının Data Mərkəzinin xidməti şəbəkəsinə qoşulması vacibdir.
Uzaqdan rezerv kopyalama xidmətinin üstünlüyü isə DM-dən kənarda yerləşmiş resurslardan məlumatın rezerv kopyalanması üçün avadanlıqların DM-də yerləşdirilməsinin vacib şərtlərdən olmamasıdır.
Bu xidmətin qiyməti paketlərlə hesablanır. Qiymət yalnız məlumatların rezerv kopyalanması üçün ayrılmış disk yerinin həcmindən aslıdır.