DWDM/SDH

Delta-Telecomun transmissiya şəbəkəsi dünya praktikasına uyğun olaraq, DWDM və SDH texnologiyaları əsasında qurulmuşdur. Transmissiya şəbəkəsi vasitəsi ilə regional mərkəzlər arası yüksək tutumlu qoşuntular və beynəlxalq çıxışlar təmin edilir. Şəbəkəmiz Qafqaz regionunda ən böyük supermagistral şəbəkə infrastrukturudur. Yüksək ötürücülük qabiliyyətinə malik olan DWDM (Dense Wavelength Division Multiplexing)  avadanlığı əsasən şəhərlərarası və ölkələrarası rabitə ötürücü sistemləri kimi istifadə olunur. Dalğaları multipleksasiya texnologiyasından istifadə edilən DWDM avadanlıqları istehsalçı növündən aslı olaraq, bir optik cütlük üzərindən 80/88/96 ədəd dalğa uzunluğu vasitəsi ilə müvafiq sayda kanaların daşınmasını təmin edir. Delta-Telecom mövcud transmissiya şəbəkəsini yeniləmişdir. Şirkətimizin  həyata keçiridiyi PSS layihəsi şəbəkənin ötürücülük    qabiliyətini daha da artırımışdır. Belə ki, Nokia və Huawei istehsalı olan avadanlıqların tətbiqi nəticəsində bir dalğa uzunluğu üzərindən 10 Gbit/s tutumlu kanallarla yanaşı 100/200/400 Gbit/s səviyyəsində kanalların Qorumali formada dashinmasinin təşkili imkanı yaranmışdır. Bunun nəticəsində Delta Telecomun Transmissiya şəbəkənin ötürücülük qabiliyəti 8.8 Tbit/s səviyyəsinə çatdırmışdır. Hal-hazırda Delta Telecom Transmissiya şəbəkəsi İran, Rusiya və Gürcüstan istiqamətində yüksək tutumların ölkəyə daşınmasını və tranzit kanalaları təşkilini təmin edir. Şəbəkə infrastrukturur həm ölkə daxili, həm də, tranzit kanalların  təşkilinə imkan yaradır və şirkət olaraq, sifarişçilərimizə bu xidmətləri göstərmək imkanındayıq.

            Aşağı tutumlu rəqəmli kanalların təmin edilməsi üçün SDH  isə (Synchronous Digital Hierarchy) texnologiyası əsasında qurulmuş şəbəkə infrastrukturumuz vardır.

            Bu gün transmissiya şəbəkəmiz dövlət strukturlarına, özəl və xarici təşkilatlarına, şəbəkə rabitə operatorlarına, İnternet Servis Provayderlərinə və korporativ sifarişçilərinə uğurla xidəmə gəstərir. Şəbəkə infrastruktururmuz həm daxili həm də xarici istiqamətlərdə tam rezevli qurulmuşdur. Bu da sifarişçilərimizə kəsintisiz xidmət göstərməmizi təmin edir.

 

Transmissiya şəbəkəsinin təmin edə biləcyi xidmət novləri:

E1 səviyyəli daxili və tranzit kanallar

STM1/STM4/STM16/STM64 səviyyəli daxili və tranzit kanallar

1Gbit/s səviyyəli daxili və tranzit kanallar

10Gbit/s səviyyəli daxili və tranzit kanallar

100/200/400 Gbit/s səviyyəli daxili və tranzit kanallar