İP/MPLS
Azərbaycanın bütün regionlarını əhatə edən geniş, tutumlu şəbəkəyə malikdir və ölkədaxili bütün növ məlumatların daşınmasını təşkil edir. Mesh topologiyası, birbaşa rabitə kanalı vasitəsilə tam dayanıqlı və kəsintisiz rabitə xidmətlərini təqdim edir. Həmçinin ən qabaqcıl və son tələblərə cavab verən texnologiyalardan istifadə edilərək, dövlət qurumlarına, fərdi müəssisə və təşkilatlara, bank sektoruna, internet servis provayderlərə 1 Giqabit, 10 Giqabit, 100 Giqabit tutumlu keyfiyyətli DATA və İnternet xidmətləri göstərilir. Bütün xidmətlər İP/MPLS texnalogiyasının dəstəyi ilə iki nöqtə arasında şifrələnərək sürətli və təhlükəsiz şəkildə daşınır. Əsas şəbəkə avadanlıqları bir-biri ilə 100 və 400 Giqabit tutumlu bağlantılar üzərindən qurulub ki, bu da öz növbəsin də şəbəkənin geniştutumlu və sürətli olmasını təmin edir. Həmçinin bütün istiqamətlərdə yerləşən bağlantılar 2, 3 və daha çox alternativ kanallar üzərindən reservlənərək şəbəkənin etibarlığını təmin edir. Şəbəkə də ən son MPLS, SDWAN və digər şəbəkə texnologiyalardan istifadə olunaraq son milə qədər istifadəçilərə xidmətlər çatdırılır. Mütəxəssislərimiz daima sertifikasiya, beynəlxalq tədbir və seminarlarda iştirak edərək öz təcrübə, bilik və bacarıqlarını inkişaf etdirir. Nokia, Juniper, Huawei, Iskratel, Cisco və digər vendorlarla qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi edilir.
24/7 monitoring və texniki xidmət vasitəsilə yüksək ixtisaslı mütəxəssizlərimizlə daima hər bir istifadəçilərimizə fərdi yanaşılaraq texniki xidmət göstərilir.